Şənbə , İyul 24 2021
Ana səhifə / Dünya / “Rusiya heç vaxt “anti-Ukrayna” olmayıb və olmayacaq” – Putin

“Rusiya heç vaxt “anti-Ukrayna” olmayıb və olmayacaq” – Putin

Rusiya Prezidenti Vladimir Putin rusların və ukraynalıların tarixi birliyi haqqında məqalə yazıb.

Məqalə Kremlin saytında dərc olunub. Məqalə, həmçinin, Ukrayna dilində çap olunub. Rusiyalı lider məqaləsində qeyd edir ki, son illər iki dövlət arasında hörülmüş divarlar bədbəxtlik və faciədir:

“Bunlar, ilk növbədə, müxtəlif dövrlərdə etdiyimiz səhvlərimizin nəticələridir. Həm də həmişə birliyimizi sarsıtmağa çalışan qüvvələrin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Tətbiq olunan düstur qədim zamanlardan bəri məlumdur: parçala və hökmranlıq et. Yeni bir şey yoxdur”.

Putinin sözlərinə görə, Ukrayna və Rusiya onilliklər boyu vahid iqtisadi sistem kimi inkişaf edib. Avropa İttifaqı belə hər iki respublikanın 30 il əvvəl yaranan kooperasiyasına həsəd apara bilər.

Rusiya dövlət başçısı ölkəsinin Ukrayna ilə dialoqa açıq olduğunu və bütün mürəkkəb məsələləri həll etməyə hazır olduğunu deyib.

“Biz birlikdə dəfələrlə güclü və daha uğurlu olmuşuq və olacağıq. Axı biz vahid xalqıq. Bir şey söyləyəcəyəm: Rusiya heç vaxt “anti-Ukrayna” olmayıb və olmayacaq. Ukrayna necə dövlət olacaq- buna vətəndaşları qərar verəcək”, – deyə Putin məqaləsində yazıb.

Həmçinin oxuyun

ABŞ Əfqanıstandakı qoşunlarının 95 faizini çıxarıb – Pentaqon

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi demək olar ki, tamamlanıb və Kabildəki xaricindəki hərbi bazalar tərəfdaşlara …