Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Rusiya hərbi kəşfiyyatı əvvəlki adına qayıdır

Rusiya hərbi kəşfiyyatı əvvəlki adına qayıdır

Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi kəşfiyyatının əvvəlki adını bərpa etmək təklifini irəli sürüb. 

Belə ki, Vladimir Putin bu barədə Rusiyada qeyd olunan Hərbi Kəşfiyyatçılar Günü və Silahlı Qüvvələr Baş Qərargahı Baş İdarəsinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə danışıb. Rusiya Prezidenti bildirib ki, hərbi kəşfiyyat idarəsinin əvvəlki adını bərpa etmək və yenidən Baş Kəşfiyyat İdarəsi adlandırmaq lazımdır.

Qeyd edək ki, hələ sovet dövründə kəşfiyyat idarəsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (rus dilində QRU) adlanırdı. SSRİ dağılandan sonra, 1992-ci ildə idarənin adında “SSRİ” “Rusiya Federasiyası” ilə əvəz edilib. 2010-cu ildə qurumun adından “kəşfiyyat” sözü götürülüb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …