Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Rusiya Gömrük Xidməti idxal-ixrac statistkasının dərcini dayandırıb

Rusiya Gömrük Xidməti idxal-ixrac statistkasının dərcini dayandırıb

Rusiya Federal Gömrük Xidməti müvəqqəti olaraq, ixrac-idxal üzrə statistkanın dərcini dayandırır – guya möhtəkirlikdən və qeyri-korrekt qiymətləndirmədən qaçmaq məqsədilə.

«İnterfaks»ın xəbər verdiyi kimi, bu barədə Rusiya Gömrük Xidmətinin başçısı Vladimir Bulavinov bəyan edib.

«FGX idxal-ixrac üzrə statistikanı dərc etmir – qeyri-korrekt qiymətləndirmədən, möhtəkirlikdən və idxal üzrə tədarüklərin müxtəlif cür yozulmasından qaçmaq üçün mən, bu qərarı dəstəkləyirəm» – baş gömrükçü deyib. Onun sözlərinə görə bu, müvəqqəti tədbirdir.

Heç şübhə yoxdur ki, xarici ticarətin iflic vəziyyətinə düşməsini ört-basdır etmək və geniş ictimaiyyətdən gizlətmək üçün ölkə rəhbərliyi mümkün olan hər şeyi etməkdən çəkinmir. Gömrük xidmətinin məlum qərarı da bu sıradandır. AzPolitika.info

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …