Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Rusiya Ermənistanın çiyələklərini geri qaytardı

Rusiya Ermənistanın çiyələklərini geri qaytardı

Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” hava limanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin mütəxəssisləri Ermənistandan gətirilən 250 kiloqramlıq çiyələk partiyasını ölkəyə buraxmaqdan imtina edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, buna səbəb çiyələklərdə həşəratların tapılmasıdır.

Ekspertiza göstərib ki, çiyələklə yanaşı idxalçı ölkə Peterburqa bitkilər üçün təhlükəli zərərverici olan çiçək tripsi də göndərib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssisləri yükü Ermənistana qaytarmaq barədə qərar qəbul edib.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …