Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Rusiya da raket sazişindən çıxdı

Rusiya da raket sazişindən çıxdı

Rusiyanın dövlət başçısı Vladimir Putin ABŞ-ın Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilədən çıxmasına adekvat cavab verəcəklərini bildirib.

Azvision.az xəbər verir ki, Putin Rusiyanın xarici işlər naziri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyqu ilə görüşündə qeyd edib ki, ABŞ-a cavab olaraq Rusiya da Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilədən çıxacaq. 

“Amerikalı tərəfdaşlar Müqavilədə iştiraklarını dayandırdıqlarını elan etdilər, biz də dayandırırıq”, -deyə Putin bildirib.

Qeyd edək ki, ABŞ-ın Silahla Mübarizə və Beynəlxalq Təhlükəsizliyi üzrə dövlət katibinin müavini Andrea Tompson bildirib ki, rəsmi Vaşinqton cari ilin fevral ayının 2-si Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi haqqında Müqaviləsindən çıxacaq. Onun sözlərinə görə, ABŞsazişdən çixan kimi müqavilənin qadağan etdiyi silahların hazırlanması ilə məşğul olacaq. 

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …