Ana səhifə / Dünya / Rusiya Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırıldı?

Rusiya Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırıldı?

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı rəhbərliyində yaxın vaxtlarda dəyişiklik olacağı barədə məlumat Ukrayna kanalları tərəfindən yayılan saxta məlumatdır.

Bu barədə dekabrın 11-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz rəsmi “Telegram” kanalında bildirib.

“Valeri Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi öz rəsmi vəzifələrini yerinə yetirməkdə davam edir. Onun istefası üçün heç bir əsas yoxdur”, – məlumatda deyilir.

Qeyd olunur ki, Baş Qərargah rəisini yalnız Rusiya Federasiyasının prezidenti vəzifəsindən azad edə bilər, lakin Kremlin saytında müvafiq fərman yoxdur. Vurğulanır ki, Gerasimov bu yaxınlarda Rusiya Qəhrəmanlarına medalların təqdim edilməsi mərasimində iştirak edib, həmçinin Baş Qərargahın Hərbi Akademiyasının yaradılmasının 190 illiyinə həsr olunmuş mərasimdə də görüntülənib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …