Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / Rusiya Baş Qərargahı: ABŞ İŞİD üçün terrorçular hazırlayır

Rusiya Baş Qərargahı: ABŞ İŞİD üçün terrorçular hazırlayır

ABŞ Suriyadakı “Ət Tanfa” hərbi bazasında İŞİD üçün terrorçular hazırlayır.

Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.

“Bu baza Suriyanın cənubundadır, radiusu 55 km olan ərazi ilə məhdudlaşıb. Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. Kosmik və digər kəşfiyyat məlumatlarına əsasən, bazada silahlı dəstələr var. Onlar orada faktiki olaraq hazırlaşırlar”, – deyə general “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib.

Gerasimov terrorçularım Suriyanın “Şəddadi” düşərgəsində də olduğunu qeyd edib. Onun sözlərinə görə, oradakı silahlılar da faktiki olaraq İŞİD terrorçularıdır: “Onlarla müəyyən müddət çalışdıqdan sonra, həmin dəstələr “rəngini” və adını dəyişərək, məsələn “Yeni Suriya Ordusu”na çevrilir.

“Onların vəzifəsi vəziyyəti gərginləşdirməkdir. Biz bilirik ki, Şəddadidən “Ət Tanfa” bazası istiqamətində 400-dək silahlı gedib . İŞİD-in əsas qüvvələri məhv edildikdən sonra, onlar hücuma keçərək, vəziyyəti gərginləşdirməyə çalışıblar. Lakin itki verərək, geri çəkilməli olublar”, – deyə Gerasimov qeyd edib.

Onun sözlərinə görə, hazırda 750-dək silahlı “Şəddadi” bazasında, 350-dək isə “Ət Tanfa” bazasındadır.(APA)

Həmçinin oxuyun

Türkiyədə son 8 ayın ən yüksək ölümü

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb. APA-nın …