Ana səhifə / Dünya / Rusiya Avropanı Xəzərdəki raketlərlə hədələyir – Generalın etirafları

Rusiya Avropanı Xəzərdəki raketlərlə hədələyir – Generalın etirafları

“NATO-nun heç bir generalı Rusiya ilə müharibə aparmaq istəmir”
Bunu NATO-nun Avropadakı birləşmiş hərbi qüvvələrinin keçmiş ali baş komandanı, ABŞ hərbi hava qüvvələrinin generalı Filip Bridlav Polşanın “Onet” nəşrinə açıqlamasında deyib.

Bridlavın fikrincə, Moskva Avropa paytaxtlarına belə bir dəqiq mesaj göndərib: “bizimXəzər dənizindəki raketlərimiz Suriyayadək çatır, lazım olarsa, siz tərəfə də çatacaq.”

General, əlavə edib ki, “Rusiya öz səhvlərindən, məsələn, 10 il əvvəl Gürcüstanda baş verənlərdən tez dərs götürür”.

Bridlav, NATO-nun Rusiyadan 2 addım geridə qaldığına dair səslənən fikirləri də təkzib edib: “Bəli, Rusiya öz ordusunu çox çevik formada qruplaşdırmağa qadirdir. Amma düşünmürəm ki, qoşun növləri arasındakı qarşılıqlı əlaqə, hərbçilərin bacarığı, keçirilən təlimlərin diapazonu və s. NATO-dan daha yüksək səviyyədədir”.

ABŞ generalı hesab edir ki, NATO üçün gələcəkdə ən böyük çağırış müxtəlif üzv dövlətlərin müdafiə proqramlarının inteqrasiyası olacaq.

“Əgər əvvəllər alyansın üzvləri çağırışlara 30-40 gün ərzində reaksiya verə bilirdisə, indi bu müddət 5 günə endirilib. Amma bu, Rusiyanın bizə qarşı çağırışlarına caavb vermir”, – deyə Bridlav vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri, general Pyotr Pavel Rusiyanın Baltikyanı ölkələrə birbaşa təhdid olmadığını, lakin alyansın öz şərq qanadını qorumaq istiqamətində qətilik nümayiş etdirməyin vacibliyini bildirmişdi. (AzVision.az)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …