Şənbə , May 28 2022
Ana səhifə / Dünya / Rusiya AŞPA üzvlüyündən çıxarıldı

Rusiya AŞPA üzvlüyündən çıxarıldı

Avropa Şurası Parlament Assambleyasının üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qərar qəbul ediblər. Bu barədə UNİAN xəbər verir.

Qeyd edilir ki, səsvermə zamanı heç bir ölkə qərarım əleyhinə səs verməyib.

Qeyd olunur ki, Rusiyanın AŞPA-dan çıxarılmasına 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb. Səsvermədən əvvəl Rusiya tərəfi Strasburqa müstəqil şəkildə çıxmaq üçün ərizə təqdim edib.

“Lakin bu, bizim planlarımızı dayandırmır, prosedura fasilə vermir”, – Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks bildirib.

AŞPA-nın qərarında deyilir ki, Rusiyanın fəaliyyəti təşkilatın prinsipləri ilə uyğun gəlmədiyi üçün Avropa Şurasına üzvlüyünə xitam verilməsi tövsiyə olunur. Eyni zamanda, AŞPA Avropa İnsan Haqları Məhkəmədində Rusiyaya qarşı iddialara tez bir zamanda baxılmasını xahiş edir.

Bununla yanaşı, AŞPA Putinin hakimiyyətinə qarşı çıxan qeyri-dövlət institutlarına dəstək vermək niyyətindədir. Qərarda Avropa Şurasına Rusiyada hüquq müdafiəçiləri, demokratik qüvvələri, azad media və müstəqil vətəndaş cəmiyyətini dəstəkləmək və onlarla qarşılıqlı əlaqədə olmaq tapşırılacaq.

Eyni zamanda, Avropa Şurasının digər üzvləri də həmin qurumara maliyyə ayıracaq. Həmçinin çoxlu sayda ukraynalı qaçqını qəbul edən Avropa Şurasının dövlətlərinə dəstəyin gücləndirilməsi təklif edilir.

Həmçinin oxuyun

Prezident Ofisi: “Ukrayna ordusu əks-hücuma keçib“

“Ukrayna qoşunları Xersonda əks-hücum əməliyyatlarına başlayıb”.  “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident …