Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Rusiya 25 mindən çox əsgərini cənuba çəkdi

Rusiya 25 mindən çox əsgərini cənuba çəkdi

Rusiya Ukraynanın cənubuna 25 mindən çox qoşun cəmləşdirib. Onlardan 10 mini Dnepr çayının qərb sahilindədir.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri Ukrayna kəşfiyyatına istinadla məlumat yayıb.

Bildirilir ki, Ukrayna Kremli cənub tərəfə üz tutmağa məcbur edib. Bundan sonra cənuba Donbas və Krımdan hər biri 500-800 nəfər olmaqla 9 qrup gətirilib.

Zelenskinin hərbi müşaviri Aleksey Arestoviç deyib ki, Donbasdan göndərilən insanların əsas hissəsini Rusiya hava-desant qoşunları təşkil edir:

“Onların Nikolayev şəhərini şimal-qərbdən mühasirəyə almaq üçün hücum planlaşdırdıqlarına dair əlamətlər var. Bundan əlavə, onlar cənubda 30-a yaxın zirehli texnika toplayıb”.

Nəşr bu manevrin səbəbinin HİMARS-ı Xerson körpülərindən kənara çıxarmaq məqsədi daşıdığını qeyd edib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …