Bazar ertəsi , May 23 2022
Ana səhifə / Dünya / Rusiya əhalisinin sayı azaldı

Rusiya əhalisinin sayı azaldı

2021-ci ilin sonunda Rusiya əhalisinin sayı 146,2 milyondan 145,5 milyona enib.

Belə ki, 1 yanvar 2022-ci il tarixinə Rusiya Federasiyasının əhalisinin sayı 145 478 097 nəfər olub. 2021-ci ilin 1 yanvarında isə Federasiyada 146 171 015 nəfər yaşayırdı.

Əhalinin təbii azalması 1,04 milyon nəfər təşkil edib: il ərzində 1,4 milyon uşaq doğulub, 2,44 milyon nəfər ölüb.

2021-ci ildə 923,6 min nikah bağlanıb, 644,2 min boşanma rəsmiləşdirilib.

Federasiyada ölümlərin artmasının bir səbəbi də Covid-19 xəstəliyidir./APA

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …