Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Dünya / Rus gözəli dar şalvarda: ərəb şeyxləri ona görə sıraya düzüldü – FOTO

Rus gözəli dar şalvarda: ərəb şeyxləri ona görə sıraya düzüldü – FOTO

Elə gün olmur ki, 37 yaşlı İrina Şeykin sosial mediadakı paylaşımı “partlamasın”.

Məşhur supermodel hətta parlaq görünüşü ilə ərəb ölkələrində də sensasiya yaratmağı bacarır.

Bu günlərdə İrina moda brendlərindən birinin tədbirində iştirak etmək üçün Əbu-Dabiyə səfər edib. Rus gözəli kifayət qədər təmkinli geyinib, şəhərdə gəzinti üçün dar oturan qara rəngli şalvar seçib. Modelin bu üslubda geyimi şəhərdəki əks cinsin nümayəndələri tərəfindən heyrətlə izlənilib.

İrina boz çalarlarında ağ köynək və bluzanın dəbli birləşməsini seçib. Bu rənglər onun zeytun dərisini və qəhvəyi saçlarını mükəmməl şəkildə vurğulayıb.

İrina geyimini “Hermes” kəməri və eyni brenddən olan çantası ilə tamamlayıb. Bu cür aksesuar variantları həmişə təsirli və dəbdəbəli görünür.

Şeyk saçlarını topuz yığıb. Makiyaj olaraq yalnız açıq bronzer və qəhvəyi parıltılı pomada seçib. (Publika.az)

Həmçinin oxuyun

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib. Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb. Onun harada …