Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Rus dünyası”nın sərhədlərini qururuq, bu gün də onun Baş komandanını seçirik”

“Rus dünyası”nın sərhədlərini qururuq, bu gün də onun Baş komandanını seçirik”

Xəbər verdiyimiz kimi, bu gün Rusiyada prezident seçkiləri keçirilir.

Strateq.az Rusiya mətbuatına istinadən bildirir ki, hazırkı prezident və digər prezidentliyə namizədlər səsvermədə iştirak ediblər.

Prezident Putin səsvermədən sonra jurnalistlərin suallarını cavablandırıb. O, neçə faiz səs toplayacağının seçkidə heç bir əhəmiyyətinin olmadığını bildirib. Əlavə edib ki, əsas topladığı səsin ona prezident vəzifəsini icra etməyə imkan verməsidir.

Rusiya prezidentliyinə digər namizəd Jirinovski isə səsvermədən sonra dünyaya meydan oxuyan açıqlama verib.

O, bildirib ki, Rusiya bu gün təkcə özünün prezidentini seçmir, həm də “rus dünyası”nın Ali Baş Komandanını müəyyənləşdirir: “Düzdür, “Rus dünyası”nın sərhədləri hələ müəyyən olunmayıb. Biz hazırda onu formalaşdırmaqla məşğuluq. Belə demək mümkündürsə, biz bu gün yer planetinin Ali Baş Komandanını da seçirik…”.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …