Bazar , Avqust 14 2022
Ana səhifə / Dünya / “Rus əsgəri ilə son gülləyə qədər döyüşəcəyəm” – Ukraynanın eks-prezidenti

“Rus əsgəri ilə son gülləyə qədər döyüşəcəyəm” – Ukraynanın eks-prezidenti

“Rus desantçılarını güllələməyə hazıram”. Yenisabah.az “Ukraina 24”-ə istinadla xəbər verir ki, bunu ölkənin eks-prezidenti və Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk bildirib.

O, “Ukrayna 24” telekanalının efirində Dmitri Qordona verdiyi müsahibəsində belə bir açıqlama verib. “Rusiya bayraqlı paraşütçülər ölkəmin ərazisinə enərsə, onlara mütləq atəş açaram”.

Siyasətçinin sözlərinə görə, evində təyinatı üzrə istifadə edəcəyi silahı var. Üstəlik, artıq “silah təmizlənib və döyüşə hazırlanıb”.

Eks-prezident deyib: “Düşməni görəndə, silaha sarılacaq və sonuncu gəlləyə qədər onunla vuruşacağam. Düşmən görünən kimi onu öldürəcəyəm. Bundan sonra nə olacaq, artıq mənim üçün maraqlı deyil, amma onu mütləq öldürəcəyəm”.Müsahibə zamanı keçmiş Ukrayna lideri düşmənlərini “evi ətrafında dolaşmamağa” çağırıb. O, Ukraynanın işğalı vəziyyətində, ABŞ da daxil olmaqla, dünyadakı bütün demokratik qüvvələrin ölkəsini müdafiə etmək üçün ayağa qalxacağına inanır.

Həmçinin oxuyun

Kissincer fikrini dəyişdi: “Ukraynaya NATO üzvü kimi baxmaq lazımdır”

Rusiyanın qorxunc cinayətlərindən sonra Ukraynaya NATO üzvü kimi yanaşmaq lazımdır. Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın …