Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ruhaniyə Nyu-Yorkda gəzmək qadağan edildi

Ruhaniyə Nyu-Yorkda gəzmək qadağan edildi

ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə Nyu-Yorkda gəzməyi qadağan edib.

Belə ki, İranPrezidenti BMT-nin Nyu–Yorkun Manhetten bölgəsindəki mənzil-qərargahını tərk etmək istəsə xüsusi icazə almalıdır.

“Fars” xəbər agentliyi isə yazır ki, Həsən Ruhani oteldə yer üçün də xüsusi icazə alıb.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.

Qeyd edək ki, PrezidentHəsən RuhaniBMT-nin 74-cü sessiyası çərçivəsində bu gün Pakistanın Baş Naziri İmran Xan və Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb. (AzərTAc)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …