Şənbə , Fevral 23 2019
Ana səhifə / Dünya / Ruhani: “İran raketlərindən vaz keçməyəcək”

Ruhani: “İran raketlərindən vaz keçməyəcək”

İran raket texnologiyalarından vaz keçməyəcək.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, barədə İran prezidenti Həsən Ruhani bəyanat səsləndirib.

Ruhaninin sözlərinə görə, Tehran bu məsələni beynəlxalq müzakirəyə çıxarmaq fikrində deyil.

“İran bundan sonra da ordunu “yer-hava”, “yer-yer”, “dəniz-dəniz” tipli raketlərlə təmin etməyə davam edəcək”, – deyə Ruhani vurğulayıb.

Prezident qeyd edib ki, əvvəllər İran müdafiə sənayesi ölkənin silah və hərbi texnika tələbatının 5 faizini ödəyirdisə, bu gün bu göstərici 85 faizə çatıb.

Prezident haşiyəyə çıxaraq, ölkədə İslam inqilabının 40-cı ildönümü ilə bağlı tədbirlərin ABŞ, İsrail və Tehranın siyasətinə düşmən olan digər region ölkələrinin təzyiqləri fonunda keçirildiyini vurğulayıb.

Həmçinin oxuyun

İranda Azərbaycan bayrağını Ermənistan bayrağının altından asdılar, güney azərbaycanlılar… (Video)

İranda keçirilən qadınlar arasında beynəlxalq karate yarışmasında Azərbaycan Respublikasının dövlət bayrağına qarşı sayğısızlıq edilib. Avropa.info …