Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Dünya / Ronaldonu aclıqdan xilas edən qadın tapıldı (FOTO)

Ronaldonu aclıqdan xilas edən qadın tapıldı (FOTO)

Xəbər verdiyimiz kimi, bu günlərdə özünün uşaqlıq həyatı barədə danışan Portuqaliya millisi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo həssas məqamlara toxunub.
O geniş müsahibəsində deyib: “11-12 yaşım olanda ailəmizin pulu yox idi. Biz – mən və “Sportinq”in digər yetirmələri bir yerdə yaşayırdıq. Ailəmi ayda üç dəfə görürdüm. Bu, çox çətin idi. Gecə saat 22.30-23.00 arasında biz acırdıq. Stadionumuzun yanında isə “Makdonalds” vardı. Biz oranın qapısını döyüb soruşurduq: “Sizdə hansısa burger var?” Orada həmişə Edna adında bir qadın və iki qız olurdu. Bizə pulsuz burger verirdilər.
Mən daha sonra onları heç vaxt görmədim. Portuqaliyada olanda onları axtardım. Amma həmin “Makdonalds” artıq bağlanmışdı. Ümid edirəm ki, bu müsahibə vasitəsi ilə onları taparam. Belə olsa, çox sevinərəm. Onları Turinə, yaxud Lissabona dəvət etmək və birgə yemək yemək istəyirəm. İstəyirəm ki, qismən olsa belə, öz borcumu qaytarım”. 

Bu müsahibə yayımlandıqdan bir neçə gün sonra həmin üç qadından biri – hazırda iki uşaq anası olan Paula Leka üzə çıxıb. Yerli “Renascenca” radiosuna müsahibəsində o bildirib ki, Ronaldonun şam yeməyi təklifini məmnuniyyətlə qəbul edir.
Paula həmin dövrləri də yada salıb: “Restorana gəlir, əgər bizdə qamburger qalırdısa, menecerimiz onları pulsuz uşaqlara verməyə icazə verirdi. Bu, demək olar, hər gecə davam edirdi. Onlardan biri, ən utancağı Kriştiano Ronaldo idi.
Mən indiyədək həmin dövrü təbəssümlə yada salıram. Bu haqda öz oğluma danışanda inanmadı. Hesab etdi ki, bu, uydurmadır. Mənim ərim də bu haqda bilirdi. Bəzən o, gecə məni işdən götürməyə gəlirdi və Ronaldonu görürdü.
Əgər o, məni şam yeməyinə dəvət etsə, mən mütləq gedərəm. Ona təşəkkür edir və demək istəyirəm ki, yemək masası arxasında bizim həmin dövrü xatırlamaq üçün vaxtımız olacaq”. (qol.az)

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …