Ana səhifə / Dünya / Roma Papasının kobudluğu hamını təəccübləndirdi – VİDEO

Roma Papasının kobudluğu hamını təəccübləndirdi – VİDEO

Roma Papası Fransiskin ziyarətçilərin onun üzüyünü öpməsinə icazə verməməsi sosial şəbəkədə ciddi narazılıq dalğasına səbəb olub.

Bu haqda “Ren TV” məlumat yayıb.

Kilsə ziyarətçiləri messadan (dini ayin – red.) sonra hörmət əlaməti olaraq əyilərək Papanın əlini öpmək istəyib, o isə həmin əlini qəfil hərəkətlə kənara çəkib və növbəti ziyarətçini qəbul edib.

Katolik ənənələrinə görə, Papanın üzüyünü öpmək Vatikan rəhbərinə hörmət əlaməti sayılır.

Üzük ilk Roma Papası olan həvari Pyotrun əvvəllər adi balıqçı olduğunu xatırladır. Üzüyün üzərində Pyotrun qayıqdan tor atması təsvir olunub.

Əksər sosial şəbəkə istifadəçiləri Roma Papasının bu hərəkətini ziyarətçilərə qarşı hörmətsizlik və kobud hərəkət kimi qələmə verib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …