Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Roma Papası onun əlindən tutan qadını vurdu – Video

Roma Papası onun əlindən tutan qadını vurdu – Video

Vatikanda xalqla görüş zamanı Roma Papasının bir qadına qarşı kobud hərəkəti dünya mediasında müzakirələrə səbəb olub.

Bu barədə “Daily Mail” məlumat verib.

Bildirilir ki, hadisə Pontifikin Sankt Peter Meydanında böyük Milad səhnəsinə gedərkən baş verib. Papa Fransisk ziyarətçilərlə görüşərkən qadınlardan biri onun əlindən möhkəm tutub. Bu isə Roma Papasının xoşuna gəlməyib və o, sərt şəkildə onun əlini buraxmağa tələsməyən qadının əlindən bir neçə dəfə vurub.

Kadrlarda Roma Papasının qadına acıqla nəsə dediyi də görünür. /oxu.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …