Ana səhifə / Dünya / Roma Papası koronavirus testindən keçdi

Roma Papası koronavirus testindən keçdi

Roma Papası Fransiskin son tədbirlərdə davamlı öskürməsi, ardınca planlaşdırılan tədbirləri ləğv etməsi onun koronavirusa yoluxması şübhələrinə yol açıb.

Virtualaz.org bildirir ki, bu barədə İtaliya KİV-ləri xəbər verir.

Bildirilir ki, Papa bu yaxınlarda koronavirus testindən keçib. Analizin nəticələri neqativ çıxıb.

Vatikan rəsmiləri bu məlumatı hələ təsdiqləməyib.

Qeyd edək ki, keçən həftə 83 yaşlı Papa nasazlıq səbəbiylə bir sıra tədbirlərdə iştirak etməkdən imtina edib. Koronavirusun yayılması fonunda bu fakt bir sıra media spekulyasiyalarına səbəb olub. Fevralın 27-də Vatikan elan edib ki, Papa özünü “bir az nasaz” hiss edir və rəsmi görüşlərini, tədbirlərini təxirə salır. Bundan əvvəl Papanın tez-tez asqırdığı və öskürdüyü, alnının tərini sildiyi görünüb. Onun “bir balaca soyuqladığı” bildirilib, lakin sonrakı günlərdə də 83 yaşlı Papa görünməyib, onun proqramı təxirə salınıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …