Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Robert Köçəryanın ailə üzvlərinin bank hesabları yoxlanılır

Robert Köçəryanın ailə üzvlərinin bank hesabları yoxlanılır

Ermənistanın Xüsusi İstintaq Xidməti 2008-ci il 1 mart hadisələrinə görə həbsdə saxlanılan keçmiş prezident Robert Köçəryanın ailə üzvlərinin bank hesablarının yoxlanılmasına başlayıb.

Ermənistan mediası xəbər verir ki, hüquq-mühafizə orqanları Maliyyə monitorinqi mərkəzindən sabiq dövlət başçısının, habelə KTMT-nin keçmiş baş katibi, general Yuri Xaçaturovun, keçmiş müdafiə naziri Mikael Arutyunyanın ailə üzvlərinin bankdakı pullarının incələnməsini tələb edib.

Məhkəmə-hüquq xəbərləri verən “Pastinfo” agentliyinin məlumatına əsasən, XİX Mərkəzi Bankın monitorinq idarəsinə sorğu göndərərək Köçəryan, Xaçaturov və Arutyunyanın korrupsiya xarakterli cinayət işlədiklərini, habelə onların ailə və qohumlarının adı altında qeyri-qanuni şəkildə varlanması hallarına rast gəlindiyini, o cümlədən adıçəkilən şəxslərin bir sıra dövlət layihələrini leqal olmayan yollarla qazanan şirkətlərin faktiki sahiblərinin əslində elə özləri olmasını göstərib.

Xüsusi İstintaq Xidməti Köçəryandan başqa, onun arvadını, oğullarını, gəlinlərini, habelə Yuri Xaçaturov və Mikael Arutyunyanın da yaxın qohumlarını həmin siyahıya daxil edib.

İttiham tərəfi yuxarıda göstərilə dövlət adamlarının bank hesabları barədə olduqca tez məlumat verilməsini istəyib.

Bu arada Ermənistanın İstintaq Komitəsi keçmiş polis rəisi Vladimri Qasparyana qarşı cinayət işinin şərtlərini daha da sərtləşdirib. Qasparyan həm də külli-miqdarda dövlət vəsaitinin havaya sovurulmasında ittiham olunacaq. Musavat.com

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …