Ana səhifə / Dünya / Robert Köçəryan: “Mən siyasətə qayıtdım”

Robert Köçəryan: “Mən siyasətə qayıtdım”

Ermənistanın eks-prezidenti, ötən həftə sonu barəsində çıxarılmış həbs qətimkan tədbiri dəyişdirilən Robert Köçəryan ona yaxın “Yerkir media” kanalına müsahibə verib və siyasətə qayıtdığını elan edib. Müsahibədə Köçəryan istintaqın ona qarşı irəli sürdüyü ittihamları “saxta” adlandırıb, Nikol Paşinyanın hökumətini siyasi təqiblərdə günahlandırıb.

Robert Köçəryan bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür. “Hesab edin ki, mən siyasətə qayıtdım. Nədir bəyəm, olmaz? Bu ölkədə alternativ mövqe qadağan edilib?”-o bildirib.

Köçəryanın sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin bu proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir.

“Mən izah edə bilərəm siyasətə niyə qayıtmışam. Bunun əsasən iki qlobal səbəbi var. Birincisi dünyada yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Amerika münasibətləri ən aşağı nöqtədədir. Yeni sanksiyalar tətbiq olunur, yeni məhdudlaşdırıcı tədbirlər gözlənilir. O tərəfdən də İran-ABŞ münasibətləri”-Köçəryan deyib. Ermənistanın eks-prezidentinin bildirdiyinə görə ikinci səbəb Türkiyənin davranışlarıdır. Belə ki, Köçəryanın fikrincə 10 il qabaq tamam fərqli Türkiyə var idi. O vaxt Ankara Avropa İttifaqına can atırdı, bu da ölkənin aqressivliyini, qonşuların işlərinə qarışmaq səylərini məhdudlaşdırırdı.

“Bu gün isə bu yoxdur, Türkiyə bu öhdəliklərdən çıxıb. Əgər biz bütün bu məsələləri əlaqələndirməyə çalışsaq görərik ki, bu situasiyada Ermənistanda bütün bunları başa düşməyən təcrübəsiz hökumət var. Yeni hökumət ordunu diskreditə edir, başa düşmür ki, güclü ordu təhlükəsizliyin qarantıdır. Axı bu hökumətdə təcrübədə haradan olsun, bir halda ki, onun üzvlərinin çoxu əvvəllər ancaq hansısa ictimai təşkilatlarda işləyiblər. Bu strukturların çoxunu Soros maliyyələşdirib. Bəlkə həmin pullar Azərbaycandan daxil olub, bəlkə Türkiyədən, mən hardan bilim?”-Köçəryan sual edib.Virtualaz.org

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …