Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Dünya / Robert Köçəryan: “Əgər hakimiyyət eyni üsulla davam etsə növbəti seçklər qaçılmaz olacaq”

Robert Köçəryan: “Əgər hakimiyyət eyni üsulla davam etsə növbəti seçklər qaçılmaz olacaq”

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəhbərlik etdiyi “Ermənistan” blokunun aldığı 270 min səsdən məyusluğunu gizlətməyib.

Müxalif siyasətçi seçkilərlə bağlı düşüncələrini yerli mətbuatla paylaşıb. Robert Köçəryan nəticənin onun özü üçün gözlənilməz olduğunu gizlətməyib.

Onun sözlərinə görə, seçkilərdən öncəki keçirilən rəy sorğuları tamam başqa mənzərini əks etdirirdi. “Aydındır ki, burada inzibati resurslardna geniş istifadə olunub. Buna görə biz Konstitusiya məhkəməsinə müraciət edəcəyik. Hazırda qərargah seçki pozuntuları ilə bağlı materialları toplayır,”-deyə o, qeyd edib.

Robert Köçəryan nəticələrin təkcə təmsil etdiyi blok üçün deyil, həm də digər müxalif qüvvələr üçün də fiasko olduğunu gizlətməyib. “Bu prezident seçkiləri deyil. Orada cəmi bir mükafat var. Lakin parlament seçkilərində qanunverici orqana düşə bilməyənlərin hamısı uduzmuş sayılır”,-deyə o, söyləyib.

Sabiq ölkə rəhbəri deputat mandatını qazanmasına rəğmən onu qəbul etməyə tərəddüd etdiyini, bununla bağlı müzakirələrdən sonra qərar verəcəyini açıqlayıb.

Onun iddiasına görə, Ermənistan Nikol Paşinyanın apardığı siyasət nəticəsində daha bir növbədənkənar seçkilərlə üzləşəcək. Musavat.com

Həmçinin oxuyun

Ermənistanda qalmaqal: Yeni spiker fahişəliyin leqallaşdırılmasını dəstəkləyib

Ermənistan parlamenti dünənki iclasında yeni spikeri təsdiq etdi. Belə ki, “Vətəndaş müqaviləsi” partiyasının üzvü Alen …