Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Robert Kennedinin qatili həbsxanada bıçaqlanıb

Robert Kennedinin qatili həbsxanada bıçaqlanıb

1968-ci ildə ABŞ senatoru Robert.F.Kennediyə qarşı sui-qəsdin icraçısı, məhkəmə tərəfindən 50 il həbs cəzasına məhkum olunmuş Sərxan Sərxan adlı cinayətkar San-Diyeqo şəhərinin Riçard Donovan həbsxanasında bıçaqlanıb.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, ABŞ-ın İslah və Reabilitasiya Departamentinin yaydığı məlumata görə, sui-qəsdçi məhkum həbsxana kamerasının döşəməsində bıçaqlanmış vəziyyətdə tapılıb və hospitala çatdırılıb. Departamentin məlumatında Sərxanın adı çəkilməsə də, Associated Press agentliyi xəbər verib ki, yaralanan məhkum məhz odur. Terrorçu qatilin hazırda səhhətinin sabit olduğu da bildirilir.

1968-ci ildə Kaliforniyadan prezidentliyə namizədliyini irəli sürmüş ABŞ senatoru Robert.F.Kennediyə sui-qəsd edən Sərxan xüsusi təhlükəli məhkum kimi ağır rejimi olan kamerada saxlanılıb.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …