Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Dünya / Reuters : ABŞ Kabildəki səfirlik əməkdaşlarını təxliyə edir

Reuters : ABŞ Kabildəki səfirlik əməkdaşlarını təxliyə edir

ABŞ Kabildəki səfirliyinin diplomatlarını ölkə ərazisindən çıxardır. Reuters agentliyinin verdiyi məlumata görə, adı açıqlanmayan iki ABŞ rəsmisi bazar günü təxliyənin başlayacağını deyib.

Hazırda diplomatların kiçik bir qrupu gedir. Ancaq əməkdaşların çoxu getməyə hazırdır… Səfirlik hələlik işini davam etdirir”,- deyə rəsmilər bildirib.

ABŞ Prezidenti Cozef Bayden şənbə günü Əfqanıstanda diplomatik personalın sayının azaldılmasının təhlükəsizliyini təmin etmək üçün 5 minə qədər ABŞ əsgərinin orada yerləşdirilməsinə icazə verdiyini deyib.

O qeyd edib ki, söhbət həm də ABŞ -ın həmin ölkədəki qüvvələrinə kömək edən əfqanların təhlükəsiz şəkildə çıxarılmasından gedir.

Həmçinin oxuyun

Rusiyada seçkilərdə bu partiyalar qalib gəlib

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. Partiyanın ictimai dəstək …