Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Restoranda dava salan nazir istefa verdi

Restoranda dava salan nazir istefa verdi

Slovakiyanın Ekologiya naziri Laslo Solimos istefa verib.

“Qafqazinfo” xəbər verir ki, onun istefa verməsinə Bratislavada yerləşən restoranların birində içkili vəziyyətdə dava etməsi səbəb olub. Solimos dava zamanı restoran işçilərinə hücum edib və onlardan birinə xəsarət yetirib.

Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib.

Baş Nazirlə görüşdən sonra istefa verdiyini bildirən L.Solimos jurnalistlərin suallarına cavab verməkdən də imtina edib.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …