Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Rembo”nu yaradan prodüser vəfat edib

Rembo”nu yaradan prodüser vəfat edib

Dünya şöhrətli kino prodüseri Endi Vajna vəfat edib.“Anadolu” agentliyinin məlumatına görə, macarıstanlı prodüser Budapeştdəki evində 74 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, dünya kino məkanında “Rembo”, “Həqiqətə çağırış”, “Qələbəyə qaçış”, “Qızıl od”, “Şeytan dalanı” və “Yaraşıqlı Johnny” kimi baxımlı filmlərinin quruluşunu verən E.Vajna, sonradan “Terminator 3: Maşınların yüksəlişi”, “Çətin ölüm – 3”, “Qırmızı ləkə”, “Nikson”, “Mən casus” və “Evita” filmlərinə öz imzasını atıb. 

O, dünya şöhrətli aktyorlar Silvester Stallone, Arnold Şvartsnegger və pop ulduzu Madonna ilə bilikdə çalışıb. (Azvision.az)

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …