Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Reks Tillerson Türkiyəyə səfər edəcək

Reks Tillerson Türkiyəyə səfər edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Suriyanın Afrin bölgəsindəki vəziyyəti müzakirə etmək niyyətindədir. RİA “Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Dövlət katibi Ankarada ikitərəfli münasibətlər, regionda, o cümlədən Afrindəki vəziyyəti müzakirə edəcək”, – məlumatda deyilir.

Gələn həftə regiona səfəri çərçivəsində R.Tillerson həmçinin İordaniya, Livan, Misir və Küveytə səfər edəcək.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …