Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Dünya / Referendumun ilkin nəticələri açıqlandı: xalq aborta “Hə” deyir

Referendumun ilkin nəticələri açıqlandı: xalq aborta “Hə” deyir

İrlandiyada keçirilən abort referendumunun ilkin nəticəsi açıqlanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, referendum abortun qadağan edilməsinin ləğvini səsverməyə çıxarırdı. İlkin nəticələrə görə, 69% əhali qanunun ləğvinə “Hə”, 31% isə “Yox” cavabını verib. İrlandiyanın baş naziri Leo Varadkar da abortu qadağan edən qanunun ləğvinin tərəfdarıdır. 1983-cü ildən bəri 170 min irlandiyalı qadın abort üçün ölkədən kənara getməyə məcbur olub.
2012-ci ildə 31 yaşlı Savita Halappanavar adlı qadın problemli hamiləliyə görə abort tələb etmiş, lakin onun bu istəyi rədd edilmişdi. Daha sonra həyatını itirən qadın ölkədə abort qadağasının ləğvi məsələsini gündəmə gətirmiş, bu tələblə çıxış edən insanların simvoluna çevrilmişdi.
Qeyd edək ki, İrlandiyada abort etdirən qadınları 14 il həbs cəzası gözləyir.

Həmçinin oxuyun

Ən güclü avtomobil təqdim edildi – 2,9 milyon avroyadır + Fotolar

Yaponiyanın “Aspark” kompaniyası Dubayda avtosalonda dünyanın ən güclü avtomobili adına namizəd olan “Owl” elektrik hiperkarını …