Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Referendumdan sonra “Barselona” qarışdı

Referendumdan sonra “Barselona” qarışdı

Barselona” klubunun vitse-prezidenti Karles Vilarrubi və İdarə Heyətinin üzvü Jordi Mones istefa verib.

“Qaynarinfo” xəbər verir ki, istefalara səbəb dünən Kataloniyada müstəqillik referendumu keçirilən zaman “Barselona”nın “Las Palmas”la oyuna çıxması olub.

Klub prezidenti Mariya Bartomeu oyuna çıxmamaq barədə tələbləri rədd edərək “Dünyaya burada nə baş verdiyini göstərmək məqsədilə görüşün tamaşaçısız keçirilməsini istəmişik. Oyuna çıxmamaq “Barselona”nın 6 xal itirməsinə səbəb olacaq” demişdi.

Prezidentin açıqlamaları və qərarı ilə razılaşmayan Vilarrubi və Mones etiraz əlaməti olaraq istefa ərizəsi yazıblar.

Həmçinin oxuyun

Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili partiyası – Vahid Milli Hərəkatdan İdarə Heyəti yaratmağı və onu …