Şənbə , Noyabr 28 2020
Ana səhifə / Dünya / Rəsmi Bakı “Skripal işi”ndə Moskvanı müdafiə edib

Rəsmi Bakı “Skripal işi”ndə Moskvanı müdafiə edib

Rusiya KSQT-nin Haaqadakı toplantısında istəyinə nail ola bilmədi

Rusiya kimyəvi silahların qadağanına nəzarət edən qlobal təşkilatda keçirilən səsverməni uduzub. Kimyəvi Silahların Qadağanı Təşkilatının (Organization for the Prohibition of Chemical Weapons – OPCW) aprelin 4-də keçirilən iclasında keçmiş Rusiya casusu Sergey Skripalın İngiltərədə zəhərlənməsinə dair müzakirə keçirilib. Kimyəvi Silahların Qadağanı Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. Rusiya bu insidentin araşdırılmasına öz ekspertinin də cəlb edilməsini tələb edirdi.

“Reuters” agentliyi xəbər verir ki, aprelin 4-də təşkilatın bağlı qapılar arxasında keçirilən bu iclasında Rusiyanın təşəbbüsünü Çin, Azərbaycan, Sudan, Əlcəzair və İran müdafiə ediblər. Təşkilatın 17 üzvü səsvermə zamanı bitərəf qalıb.

Səsvermədə 41 ölkənin nümayəndələri iştirak edib. Beləliklə, bu səsvermədə Rusiyanın təklifi keçməyib. Bu arada Rusiyanın BMT-dəki səfiri Skripalın zəhərlənməsi ilə bağlı aprelin 5-də BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsinə çağırıb.
Bundan əvvəl aprelin 4-də Britaniyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı nümayəndə heyəıti Moskvanın insidentə dair müştərək Brianiya-Rusiya təhqiqatının keçirilməsi təklifini rədd edib.ndon bildirib ki, hər hansı belə təşəbbüsdə bulunmazdan əvvəl Moskva Londonun legitim suallarına cavab verməlidir.( amerikaninsesi.org)
“Britaniya təhlükəsizlik xidməti Solsberqdə istifadə edilmiş zəhərli qazın Rusiyadakı hansı laboratoriyada istehsal istehsal edilməsini müəyyən edib”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Time” qəzeti məlumat yayıb. “Time” etibarlı mənbəyə istinadən yazıb ki, laboratoriyanın yerini “elmi təhlil və kəşfiyyat məlumatları əsasında ” üzə çıxarıblar.
“The Sun” nəşri isə yazıb ki, Skripal üçün zəhər hazırlanan laboratoriya Moskva ətrafındakı Yasenevo rayonunda yerləşir.
Bu arada Almaniya hökumətinin sözçüsü deyib ki, Berlin Skripala kimyəvi hücumda Rusiyanın əsas şübhəli olmasına dair Londonun mövqeyini bölüşməkdə davam edir.
Rusiya prezidenti Vladimir Putin aprelin 3-də ümid etdiyini bildirmişdi ki, Kimyəvi Silahların Qadağanı Təşkilatındakı müzakirə Skripal insidenti ilə bağlı yaranmış diplomatik qarşıdurmaya son verəcək.

Yada salaq ki, Skripalın zəhərlənməsi ilə bağlı 20-dək Qərb ölkəsi 150-dən çox Rusiya diplomatını qovub.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …