Bazar , Oktyabr 20 2019
Ana səhifə / Dünya / Rəsmi Ankara İtaliyaya etirazını bildirdi

Rəsmi Ankara İtaliyaya etirazını bildirdi

Rəsmi Ankara İtaliyanın Berçeto bələdiyyəsini PKK başçısı Abdullah Öcalana “fəxri şəhər sakini” statusunun verilməsi qərarına görə ittiham edib.

Bu barədə “Anadolu” agentliyi xəbər verib.

“Bu cür addımlar yolverilməzdir”, – Türkiyə XİN bildirib. 

XİN-də terrorizmin qanuniləşdirilməsinə yönələn istənilən cəhdləri, eləcə də 40 mindən çox günahsız insanın həyatına son qoyan cinayətkar təşkilatın başçısının hərəkətlərini qəbulolunmaz adlandırıblar.

İtaliya tərəfinə rəsmi etiraz bildirilib. Bununla əlaqədar İtaliyanın Ankaradakı səfiri Massimo Qayani Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.(“Qafqazinfo”) 

Həmçinin oxuyun

Britaniya parlamenti Brexitin təxirə salınmasına səs verdi

Britaniya parlamentinin İcmalar palatası Brexitin başqa vaxta keçirilməsi haqqında düzəlişi qəbul edib. Hakim Mühafizəkarlar partiyasından …