Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Rəcəb Tayyib Ərdoğandan zəfər çıxışı

Rəcəb Tayyib Ərdoğandan zəfər çıxışı

İlkin nəticələrə görə, 24 iyun prezident seçkilərində qələbə qazanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verir.
Musavat.com-un məlumatına görə, Ərdoğan səs verən hər kəsə təşəkkür edib: “Əziz millətim, dünyanın harasında olursa-olsun qəlbi bizimlə vuran dəyərli vətəndaşlarımı səmimi duyğularımla salamlayıram. 24 iyun seçkilərinin ölkəmiz, millətimiz üçün xeyirli olmasını Allahdan diləyirəm. Şəxsimə, partiyama, ittifaqımıza səs verən qardaşlarıma təşəkkür edirəm. Bu gün millətimiz özgür iradəsi ilə məntəqələrə gedərək səs verdi. Seçkilərdə iştirak edən namizədləri təbrik edirəm. Ümid edirəm ki, heç kim seçki sisteminə və nəticələrinə kölgə salaraq demokratiyanın böyük gücünə zərər verməyəcək”.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …