Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / “Qurdlar Vadisi” aktyorunun acılarla dolu həyat hekayəsi – Anasını əmisi ilə evləndirdilər…

“Qurdlar Vadisi” aktyorunun acılarla dolu həyat hekayəsi – Anasını əmisi ilə evləndirdilər…

Ekranların sevilən adlarından biri olan Oqtay Qaynarca serialları və canlandırdığı obrazlarla böyük tamaşaçı və heyran kütləsinə malikdir. Qaynarcanın bir çoxunun bilmədiyi bir hekayəsi var. Daim ekranlarda gördüyümüz uğurlu oyunçunun sirr kimi saxlanmış hekayəsi ilə bir az yaxından tanış olaq.
Oqtay Qaynarca “Qurdlar Vadisi” serialında canlandırdığı “Süleyman Çakır” xarakteri ilə uzun müddət tamaşaçıları arxasınca sürüklədi. Hətta “Süleyman Çakır” o qədər sevildi ki, serialda öləndə sanki milli matəm elan edilib, sonra halvalar bişirildi. Və sonda bu ölüm bəzi tamaşaçıların serialı buraxmasına da səbəb oldu.
Heyranları Oqtay Qaynarca haqqında bir çox şey bilsə də, onun sirr kimi saxlanmış bir hekayəsi var. Oqtay Kaynarca Adil Qaynarcanı itirəndə mediada bu ağır xəbəri “Məşhur aktyorun atası vəfat etdi” şəklində yayılmışdı. Çünki hər kəs Adil Qaynarcanı Oqtay Qaynarcanın atası kimi bilirdi.
Lakin, Adil Qaynarcanın ölümü məşhur aktyorunun sirr kimi saxladığı bir həqiqəti ortaya çıxardı. Adil Qaynarca əslində Oqtay Qaynarcanın əmisi idi. Bir gün Oqtay Qaynarcanın atası Özcan Qaynarca əmisinin həyat yoldaşı ilə İstanbula gedərkən qəzaya düşürlər. Və hər ikisi dünyasını dəyişir. O zamanlar Oqtay hələ beş yaşında idi.
Ailə içərisində böyük kədər yaradan bu hadisədən sonra ailə böyükləri Oqtay Qaynarcanın anası Nursəl xanım və əmisi Adil Bəyin evlənməsinə qərar veriblər. O zaman yaşı çox kiçik olan Oqtay Qaynarca illərlə əmisi Adil Qaynarcanı həqiqi atası bilmiş və sirri öyrənəndə də həqiqəti qəbul edib.
Qaynarca böyük sirrini isə, Adil Qaynarcanın ölümü sonrasında “Həm atamı, həm əmimi itirdim” deyib.

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …