Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Qurbanlıq öküzü maşın qiymətinə satdı

Qurbanlıq öküzü maşın qiymətinə satdı

Türkiyənin İnegöl vilayətində bazara ən böyük qurbanlıq öküz çıxarılıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən bildirir ki, Ərzurumdan olan fermer Muhammed Yıldızın “Aslan” adını verdiyi öküz 1.5 ton çəkiyə malikdir.

M.Yıldız başlanğıc qiyməti 33 min türk lirəsi olan “Aslan”ı inegöllü bir biznesmenə 29 minə (təxminən 5264 dollar) satıb. Verilən məlumata görə, bu qiymətə Türkiyədə ikinci əl avtomobil almaq mümkündür.

​”Aslan”dan öncə bazarın ən ağırçəkili öküzü Artvindən gətirilmiş “Kral” olub. Onun çəkisi isə 1.3 ton olub.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …