Cümə axşamı , Aprel 9 2020
Ana səhifə / Dünya / Qurbanlıq öküzü maşın qiymətinə satdı

Qurbanlıq öküzü maşın qiymətinə satdı

Türkiyənin İnegöl vilayətində bazara ən böyük qurbanlıq öküz çıxarılıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən bildirir ki, Ərzurumdan olan fermer Muhammed Yıldızın “Aslan” adını verdiyi öküz 1.5 ton çəkiyə malikdir.

M.Yıldız başlanğıc qiyməti 33 min türk lirəsi olan “Aslan”ı inegöllü bir biznesmenə 29 minə (təxminən 5264 dollar) satıb. Verilən məlumata görə, bu qiymətə Türkiyədə ikinci əl avtomobil almaq mümkündür.

​”Aslan”dan öncə bazarın ən ağırçəkili öküzü Artvindən gətirilmiş “Kral” olub. Onun çəkisi isə 1.3 ton olub.

Həmçinin oxuyun

Bu ölkədə fermerlər milyonlarla litr südü küçəyə axıdır – VİDEO

Koronavirus pandemiyası Böyük Britaniyada kənd təsərrüfatı ilə məşğul olan fermerlərə də ciddi ziyan vurub.“Daily Mail” …