Cümə , Yanvar 22 2021
Ana səhifə / Dünya / Ququş İrandakı aksiyaçılara DƏSTƏK OLDU: “Biz ölərik, öldürərik…”

Ququş İrandakı aksiyaçılara DƏSTƏK OLDU: “Biz ölərik, öldürərik…”

İranda keçirilən etiraz aksiyalarına tanınmış müğənni Ququş da səssiz qalmayıb.
Əslən azərbaycanlı olan sənətçi bu yaxınlarda Hamburqda verdiyi konsertdə etirazlar barədə bunları deyib:
“İrandan kənarda, başqa ölkədə yaşadığımız üçün iranlılara nüsxə yaza və yol göstərə bilmərik. Lakin biz ölərik, öldürərik və intiqamımızı alarıq. Sizinlə olduğumu yaddan çıxartmayın”.
Qeyd edək ki, İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başlayan etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəyə yayılıb. 25-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.
Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə İranın müdaxiləsinə etiraz edilir, ali dini lider Xameneinin istefaya getməsi istənilir. Kütləvi etirazlar zamanı 500-dən artıq insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir.
Xatırladaq ki, 1979-cu ildə İranda baş verən islam inqilabından sonra əsl adı Faiqə Atəşin olan Ququşun həm müğənnilik, həm də aktrisalıq fəaliyyətinə qadağa qoyulmuşdu. Bu səbəbdən də o, 2000-ci ildə İrandan Amerikaya getmək məcburiyyətində qalıb.
O, 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda, BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunan aclıq aksiyasına da qatılıb. Eyni zamanda həmin ilin 12 iyununda keçirilən seçkilər ərəfəsində İrandakı proseslərə də münasibət bildirib:
“Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.(Publika.az)

Həmçinin oxuyun

Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – Video

Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək …