Ana səhifə / Dünya / Qüdsdə fələstinli fəallarla polis arasında qarşıdurma gedir

Qüdsdə fələstinli fəallarla polis arasında qarşıdurma gedir

İsrail polisi Fələstin əhalisinin ənənəvi etiraz məkanı hesab edilən Dəməşq qapılarından Qüdsə gedən yolu bağlayıb, amma etirazçılar maneələri dəf edə bilib və tərəflər arasında qarşıdurma başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, polis nümayişçilər meydandan çıxarır və ən aktiv etirazçıları saxlayır. Həkim briqadaları bir neçə yaralını xəstəxanaya aparıb.

Bunun ardından polis şəhərin şərq məhəllərində yaşayan və namaz qılmaq üçün “Əl-Əqsa” məscidinə sakinlərin istifadə etdikləri Dəməşq qapılarını bağlayıb.

Etirazçılar polis maneələrini buradan da aşdıqdan sonra qarşıdurma yerinə atlı polis bölmələrinin əməkdaşları gəlib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …