Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / Qüdsdə dindar yəhudilər hökumət əleyhinə iğtişaş törətdi – FOTO+VİDEO

Qüdsdə dindar yəhudilər hökumət əleyhinə iğtişaş törətdi – FOTO+VİDEO

Dünən fevralın 12-də yüzlərlə ifrat ortodoks iudey Qüdsdə etiraz aksiyası keçiriblər.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, Kikar Şabat  meydanına toplaşan dindar yəhudilər avtomobillərin hərəkətini dayandırıb və bir yerə toplanmış onlarla zibil qutusuna od vurublar. İğtişaşl törədən kütləni dayandırmaq üçün xüsusi təyinatlı polis dəstələri hərəkətə keçib.
Ultraortodoks yəhudilərin bu dəfəki etirazına səbəb dindar yəhudi qadınların orduda xidmətdən azad edilməsi üçün şərtlərin sərtləşdirlməsi olub.
Xatırladaq ki, İsraildə kişilər kimi qadınlar  üçün də hərbi xidmət məcburidir. Qadınlara müəyyən şərtlərlə hərbi xidmətdən azad edilmək hüququ verilsə də, həmin şərtlər hərbi sirr kimi açıqlanmır. 17 yaşında qızlar təkbaşına, vəkilsiz-filansız xüsusi komissiya qarşısında öz etirazlarını əsaslandırmalıdırlar. Mühafizəkar dindar yəhudilər isə  qadınların hərbi xidmət keçməsinin zərif cinsin haqqının tapdanması hesab edirlər.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …