Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Dünya / “Qüdsə təcavüz ciddi fəlakətə yol açacaq” – Allahşükür Paşazadə

“Qüdsə təcavüz ciddi fəlakətə yol açacaq” – Allahşükür Paşazadə

“Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların – Fələstinin paytaxtıdır”. APA-nın məlumatına görə, bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib.

O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq: “Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.

Şeyxülislam bildirib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər də bu birliyin olmamasından məharətlə istifadə edir”.

Həmçinin oxuyun

İSBAM-la TADEF arasında əməkdaşlıq protokolu imzalandı

Müstəqilliyimizin 28-ci ildönümü günündə Türkəyənin Kocaeli şəhərində İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) ilə …