Ana səhifə / Dünya / Qorbaçovun köməkçisi SSRİ-nin dağılmasının əsas səbəbini açıqladı

Qorbaçovun köməkçisi SSRİ-nin dağılmasının əsas səbəbini açıqladı

Qida ilə bağlı problem SSRİ-nin dağılması üçün əsas səbəbi idi”.


Bunu Mixail Qorbaçovun köməkçisi Oleq Ojerelev Lenta.ru-ya müsahibəsində deyib. Onun fikrincə, yenidənqurma dövründə Sovet İttifaqında islahatlar aparılmasına baxmayaraq, kəsir fəlakətli nəticələrə gətirib çıxardı:
“Niyə yüz minlərlə insan Manej meydanına (1990-cı ildə) daxil oldu? Bu, Qorbaçovun diktatorluq qabiliyyətinin olmaması və ya demokratiyanın yoxluğu səbəbindən deyildi. Ərzaq qıtlığı səbəbindən idi. Dükanlar boş idi, məhsulları almaq olmurdu”.
Qorbaçovun keçmiş köməkçisi hesab edir ki, SSRİ-nin “dəfnində” kənd təsərrüfatı həlledici rol oynayıb. Ojerelev vurğulayıb ki, mağazalarda ərzaq məhsulları olsaydı, Sovet rəhbərliyi ölkənin dağılmasının qarşısını ala bilərdi.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …