Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Qorbaçov Lukaşenkonu qınadı

Qorbaçov Lukaşenkonu qınadı

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkədəki etirazlar fonunda etdiyi səhvlərdən danışıb.

Qorbaçov KİV-ə müsahibəsində Lukaşenkonu yol verdiyi nöqsanlara görə qınayıb.

“Lukaşenko dəstək üçün sənaye işçilərinə müraciət etdi. Ancaq görünür, çox gecdir”.

O, əlavə edib ki, SSRİ dağılmazdan əvvəl işçilərə müraciət etmişdi, lakin lazımi dəstəyi almadı.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Ölkədə seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar başlayıb. Azvision.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …