Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Qonşu dövlətin parlamentində insident – FOTOLAR

Qonşu dövlətin parlamentində insident – FOTOLAR

Hadisəyə görə məsuliyyəti “Utanc” hərəkatı öz üzərinə götürüb

Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib.

AYNA xəbər verir ki, müxalif partiyalardan olan iki millət vəkili tərəfindən Gürcüstan parlamentinin iclas zalına mənşəyi məlum olmayan kəskin qoxulu maye səpilib.

Parlamentin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Sopo Kiladze bildirib ki, mayenin kəskin qoxusu səbəbilə dörd nəfərin – iki millət vəkilinin, iki parlament əməkdaşının halı pisləşib, onlara təcili tibbi yardım çağırılıb. 

Tənəffüs almalarında çətinlik yaranan şəxslər xüsusi maska ilə təmin olunublar. Halı pisləşən əməkdaşlardan biri xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Gürcüstan Daxili İşlər Nazirliyi isə parlamentində baş verən insidentlə bağlı sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi açılması barədə məlumat yayıb.

Hadisəyə görə məsuliyyəti parlament binasının qarşısında keçirilən etiraz aksiyalarının təşkilatçısı olan “Utanc” hərəkatı öz üzərinə götürüb. Hərəkat fəalları yaydıqları məlumatda qeyd ediblər ki, “mövcud sistem iylənir”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …