Cümə , Yanvar 22 2021
Ana səhifə / Dünya / Qızlarını 7 il sonra Adnan Oktarın verilişində gördü – Foto

Qızlarını 7 il sonra Adnan Oktarın verilişində gördü – Foto

Avstryanın paytaxtı Vyanada yaşayan Elvan Koçak uzun illər görmədiyi iki qızına bu yaxınlarda Adnan Oktarın verilişində rast gəlib.

Teleqraf.com xəbər verir ki, ata Türkiyəyə gələrək polisə müraciət edib. Müraciətində bildirib ki, əkiz qızı B.K və M.Koçak 17 yaşlarındadırlar. Adnan Oktar yetkinlik yaşına çatmayan qızları televiziyaya çıxararaq şou göstərir.

E.Koçak həyat yoldaşından 7 il öncə ayrılıb. Ailəsi Vyanadan Türkiyəyə gəlib. Qızlarının Adnan Oktarın verilişinə çıxdığını ona Vyanada yaşayan qohumları bildirib.

E.Koçak qeyd edib ki, övladları Vyanada yaxşı təhsil alıblar. Amma Türkiyəyə gələndən sonra davamlı təhsil ala bilməyiblər və Adnan Oktarın təsiri altına düşüblər.

Ata keçmiş həyat yoldaşı Gülpəri K və Adnan Oktarın cinayət məsuliyyətinə cəlb olunması üçün polisə müraciət edib, daxili işlər naziri və prezident Ərdoğandan kömək istəyib.

“Qızlarımın ağıllarını başlarından alıblar. Oğlumu da Oktarın təriqətinə qoşacaqlar. Xahiş edirəm, hələ yetkinlik yaşına çatmayan övladlarımı o şəbəkədən azad edin”, deyə E.Koçak müraciətində bildirib.


Müəllif: Ayxan

Həmçinin oxuyun

Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – Video

Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək …