Ana səhifə / Dünya / “Qızımı saxta nikahla evləndirdilər, toydan bir gün sonra….”

“Qızımı saxta nikahla evləndirdilər, toydan bir gün sonra….”

Adnan Oktar cinayətkar qruplaşması ilə bağlı həyata keçirilən istintaq çərçivəsində ifadə verən zərərçəkmişlərin ilginc ifadələri Türkiyəni silkələməyə davam edir.

Türkiyə mediası xəbər verir ki, zərərçəkənlərdən biri də qızının 16 yaşında Adnan Oktar cinayətkar qrupuna üzv olan bir nəfərlə yaşadığı sevgi münasibətini danışan ana olub.

Detektiv tutub gerçəkləri öyrəndiyini vurğulayan ana aşağıdakıları bildirib: “Özündən yaşca böyük Əmrə Təkərlə sonradan saxta olduğunu anladığınız bir evlilik gerçəkləşdirdi. Açıq-saçıq geyinməyə başladı. Detektiv tutduq, Adnan Oktar qrupuna daxil olduğunu öyrəndik”.

Böyük qızım xatırladığım qədər ilə 2011-2012-ci tədris ilində, 16 yaşında ikən hazırlıq kursuna gedirdi. Həmin vaxt Bora Yılmaz adlı bir nəfərlə tanış ildi. Tanış olandan 2 ay sonra qızım mənə bir sevgilisi olduğunu dedi və şəklini göstərdi. Mən də “qızım, bu adam çox böyük deyilmi?” soruşanda adamın 28 yaşında olduğunu dedi. Şiddətlə qarşı çıxdım. Bora ilə telefonla danışdıq. Bora mənə qızımı çox sevdiyini, niyyətinin çox ciddi olduğunu və mənimlə üz-üzə oturub danışmaq istədiyini söylədi. Biz AVM-lərdən birində görüşdük. Bora Yıldız qızımla niyyətlərinin çox ciddi olduğunu, işlərini bir az yoluna qoyandan sonra onunla evlənmək istədiyini bildirdi. Mən də öz növbəmdə qızımın yaşının daha balaca olduğunu deyib, rədd etdim. Qızım isə mənə “Ana, Bora yox, başqası ilə görüşürəm” deyib, Əmrə Teker adlı bir oğlanla evlənəcəyini, ondan əsla əl çəkməyəcəyini, lazım gəlsə, qaçacağını dedi”.

“BIÇAĞI BOĞAZIMA DİRƏDİ”

“Yenə bir gün mübahisə edəndə mətbəxə gedib, bıçaq gətirdi. Bıçağı boğazıma dirəyib, evlənməsinə icazə verməsəm, məni öldürəcəyini dedi. Bıçaq hadisəsindən qısa müddət sonra Əmrənin mənimlə tanış olmaq istədiyini dedi. Mən də yenə AVM-yə gedib, Əmrə ilə tanış oldum. 2015-ci il idi. Mənə ailəsi ilə bağlı məlumat verdi. Atasının təqaüdçü polis, anasının ev xanımı olduğunu dedi. Bu görüşmədən sonra qızım təzyiq göstərməyə başladı və lazım gəlsə, evdən qaçacağını dedi. Qızımın vaz keçməyəcəyini başa düşüb, durumu həyat yoldaşıma danışdım və ailələrinin tanış olmağa gəlmələri üçün onu razı saldım”.

TEZ-TƏLƏSİK NİŞAN VƏ NİKAH…TOYDAN BİR GÜN SONRA QƏRİBƏLİKLƏR BAŞLADI

“Əmrə, anası və atası tanış olmaq üçün gəldi, amma iş söz kəsməyə qədər davam etdi. Qızım da bizi bezdirdiyi üçün 12 iyun 2015-də nişan, 12 avqust 2015-də nikah oldu. Nişanda Əmrə qızımın əlini belə tutmadı. Bəy-gəlin masasında yemək yeyəndə şəkilləri çəkilmişdi. O şəkillərdən də görünür ki, bir-birindən nə qədər uzaq dayanıblar. Toy boyunca qızım çox kədədrli idi və narazılıq edirdi. Toydan sonra da qəribəliklər başlandı. Zəng edirdim, cavab vermirdi. Cavab verəndə də çox qısa danışırdı. Bizə gəldikləri zaman qızımın geyimi çox açıq idi və alt paltarları qabarıq görünürdü. Bal ayından sonra qızımı görmədim. Durub evlərinə getdim, amma evdə kimsə yox idi. Zəng etdim dəfələrlə, cavab vermədilər”.

DETEKTİV TUTUB GERÇƏYİ ÖYRƏNDİM

Qızımın bu tərzdə makiyaj etdiyini görüncə internetdən araşdırdım və Adnan Oktar qrupuna daxil olmuş ola biləcəyini öyrəndim. İnternetdən öyrəndim ki, Adnan Oktar qızları ailələrindən qoparırmış. Əmin olmaq üçün internetdən detektiv tapdım, ona 5 min lirə ödədim. Bu detektiv 1 ay sonra bildirdi ki, qızım və Əmrə Adnan Oktarın qrupuna daxildir. Amma qızımı qrupa almaq üçün hələ də əmin olmadıqları. Əmrə Təkərin sahibi olduğunu iddia olunan şirkətin Adnan Oktarın qrupuna aid olduğunu və Əmrənin bir vaisitəçi olduğunu dedi. Qızım hər keçən gün məndən uzaqlaşdı və uzun zamandır, onu görmürəm”. (Musavat.com)

Həmçinin oxuyun

“Rusiya Krımı 1991-dən bu yana istəyirdi” – Ukraynalı general

Ukrayna müstəqillik qazandıqdan sonra Rusiya Krımı ələ keçirmək istəyib. Axar.az xəbər verir ki, bunu “Unian” …