Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Dünya / Qırğızıstandakı iğtişaşlarda 136 nəfər yaralanıb

Qırğızıstandakı iğtişaşlarda 136 nəfər yaralanıb

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması ilə əlaqədar baş verən iğtişaşlarda 136 nəfər yaralanıb. 

Qırğızıstan Səhiyyə Nazirliyi xəbər verir ki, onların əksəriyyəti evə buraxılsa da, ciddi xəsarət alanların müalicəsi davam edir. 

Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov hələ də komadadır. 

Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib. 

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.(azertac) 

Həmçinin oxuyun

İstanbulda dənizlə quru birləşir… – İmamoğlunun ilk sınağı+Fotolar

İstanbulda şənbə günündən davam edən şiddətli yağışlar sakinlərə çətin anlar yaşadıb.  “Qafqazinfo” xəbər verir ki, …