Ana səhifə / Dünya / Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib.

AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.

Bildirilir ki, sərhədçilər yerli vaxtla təqribən 12.20-də Qırğızıstanın Batken vilayətinin Ak-Bosoqo kəndi yaxınlığında – sərhəddən 250-300 metr aralıda mal-qara otaran tacikistanlı çobanları görüblər. Xəbərdarlığa baxmayaraq, çobanlar məhəl qoymayıblar, üstəlik, onlardan biri sərhədçilərə doğru atəş açıb.

“Yalnız sərhədçilərin havaya xəbərdarlıq atəşi açmasının ardınca çobanlar Tacikistan ərazisinə qayıdıblar”, – məlumatda vurğulanır.

Həmçinin oxuyun

Yusif Ələkbərov yenə Rusiyada ən varlı varis oldu – Onu 28,6 milyardlıq miras gözləyir

Məşhur “Forbes” nəşri rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.Yeniavaz.com xəbər verir ki, ötən …