Ana səhifə / Dünya / Qırğızıstan prezidentinin mətbuat katibi həbs edildi

Qırğızıstan prezidentinin mətbuat katibi həbs edildi

Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri Nurqazı Anarkulov rüşvət aldığına görə tutulub.

Bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat verib.

“Saxlanılan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, maddi zənginləşmə məqsədini güdərək, aparıcı dövlət vəzifələrindən birinə təyinatla bağlı müsbət qərar qəbul etmək üçün müraciət edən şəxsdən külli miqdarda pul istəyib”, – deyə məlumatda bildirilib.

Şübhəli barəsində Cinayət Məcəlləsinin “rüşvətalma” maddəsi ilə istintaq başlanılıb.

Anarkulov keçən ilin oktyabrında Prezident Sadr Japarovun sərəncamı ilə Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri təyin edilib. Azvision.az

Həmçinin oxuyun

Rusiyada ölüm halları kəskin artıb, doğum azalıb

2021-ci ilin yanvarında Rusiya Federasiyasında (RF) ölənlərin sayı 219,8 min nəfər təşkil edib ki, bu …