Ana səhifə / Dünya / Qazaxıstanda yüzlərlə insan ermənilərə etiraz etdi – VİDEO

Qazaxıstanda yüzlərlə insan ermənilərə etiraz etdi – VİDEO

Qazaxıstanda yerli sakinlər 23 yaşlı gəncin ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.
Belə ki, Karakandada toplaşan yüzlərlə insan erməni vəhşiliyinə etirazını bildirib.

Aksiya iştirakçıları qətl hadisəsinə görə, erməni diasporunu ittiham ediblər. Əraziyə polis əməkdaşları cəlb olunub, şəhərin əsas küçələri xüsusi təyinatlılar tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Qazaxıstanın Karakanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü ermənidir. Qatillər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib. Bu olay ölkə üzrə geniş rezonans doğurub.

Azvision.az 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …