Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Qazaxıstanda növbədənkənar prezident seçkiləridir

Qazaxıstanda növbədənkənar prezident seçkiləridir

Bu, sayca ölkədə altıncı seçkidir

Qazaxıstanın regionlarının əksəriyyətində növbədənkənar prezident seçkilərində səsvermə üçün seçki məntəqələri açılıb.

Bu, sayca ölkədə altıncı seçkidir.

Ölkəyə demək olar ki, 30 il rəhbərlik etmiş Nursultan Nazarbayev martın 20-də özünün prezidentin səlahiyyətlərinə xitam verib. Dövlət başçısı əvvəllər parlament yuxarı palatasının spikeri olmuş Kasım-Jomart Tokayev olub.

Tokayev səlahiyyətlərinin icrasına başladıqdan 3 həftə sonra növbədənkənar seçkilər təyin edib.

Ölkədə yeddi nəfərin, o cümlədən Tokayevin prezidentliyə namizədliyi qeydə alınıb. Onun namizədliyini N.Nazarbayevin başçılıq etdiyi Nur Otan partiyası irəli sürüb.

Qazaxıstanda prezident beş il müddətinə seçilir. Namizədlər seçkilərdə qalib gəlmək üçün seçicilərin 50%-dən çoxunun səsini toplamalıdır. Əgər heç bir namizəd lazımi səs toplamasa, ikinci tur təyin ediləcək.(report.az)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …